Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Xəbər Yerində”nin APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


