Qazaxıstan “Eurovision 2027”dən kənarda qaldı

Qazaxıstan “Eurovision 2027”dən kənarda qaldı

Xəbər Yerində xəbər verir ki, Qazaxıstanın 2027-ci ildə “Eurovision” mahnı müsabiqəsində iştirak etmək cəhdi baş tutmayıb.

Qazaxıstan yayımçısı müsabiqədə iştirak üçün Avropa Yayım Birliyinə (AYB) müraciət etsə də, təşkilat ölkənin mövcud üzvlük tələblərinə uyğun olmadığını bildirib.

AYB-nin qaydalarına əsasən, tamhüquqlu üzvlük əsasən Beynəlxalq Telekommunikasiya İttifaqının Avropa Yayım Bölgəsinə daxil olan ölkələrin və ya Avropa Şurasına üzv dövlətlərin yayımçıları üçün nəzərdə tutulur.

2026-cı ilin iyununda nizamnaməyə edilən dəyişikliklə Avropa Yayım Bölgəsinə daxil olmayan ölkələr üçün də müəyyən imkan yaradılıb. Belə ölkələrin yayımçıları Avropa Şurasında rəsmi müşahidəçi statusuna malik olduqları və digər tələblərə cavab verdikləri halda AYB-yə tam üzvlük üçün müraciət edə bilərlər.

Lakin Qazaxıstanın bu şərtlərdən heç birinə uyğun gəlmədiyi qeyd olunub.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir