Quba-Qusara leysan və dolu xəbərdarlığı – Sel təhlükəsi var

Quba-Qusara leysan və dolu xəbərdarlığı – Sel təhlükəsi var

Xəbər Yerində xəbər verir ki, sentyabrın 24-ü axşam saatlarından etibarən Quba-Qusar bölgəsində, sentyabrın 25-i günün ilk yarısında isə bəzi dağlıq və dağətəyi ərazilərdə yağıntılı hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi yerlərdə yağışın qısa müddətli, lakin intensiv leysan şəklində düşəcəyi ehtimal edilir. Yağıntı zamanı şimşək çaxması və dolu düşməsi də mümkündür.

Çaylarda sululuq arta bilər

Proqnozlaşdırılan yağıntılarla əlaqədar çaylarda su səviyyəsinin yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir