Ronaldinho 11 ildən sonra futbola qayıdır – Yeni klubu bəlli oldu

Ronaldinho 11 ildən sonra futbola qayıdır – Yeni klubu bəlli oldu

Braziliya futbolunun əfsanəvi futbolçusu Ronaldinho uzun fasilədən sonra yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır.

46 yaşlı keçmiş ulduzun İtaliya Serie C-də çıxış edən “Ravenna” klubu ilə anlaşdığı bildirilir. Beləliklə, Ronaldinho 11 ildən sonra peşəkar futbolçu kimi yenidən meydana çıxacaq.

Ronaldinho yeni klubunda yalnız futbolçu kimi fəaliyyət göstərməyəcək. O, eyni zamanda “Ravenna”nın klub səfiri olacaq və komandanın səhmdarları arasında yer alaraq idarəçilikdə də iştirak edəcək.

Sonuncu dəfə 2015-ci ildə “Fluminense”nin formasını geyinən Ronaldinho həmin mövsümdən sonra futbolçu karyerasını başa vurmuşdu.

Braziliyalı ulduz yeni klubuna qoşulmasından məmnun olduğunu bildirib və futbola qayıdışı ilə bağlı həyəcanını ifadə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir