Rus ordusunda uğursuz təlim: Güclü pulemyot nəzarətdən çıxdı-VIDEO

Rus ordusunda uğursuz təlim: Güclü pulemyot nəzarətdən çıxdı-VIDEO

Sosial şəbəkələrdə yayılan görüntülər Rusiya ordusunun keçirdiyi təlim zamanı yaşanan gözlənilməz hadisəni əks etdirir.

Kadrlarda helikopterlər üçün istehsal olunan YakB-12.7 dördlüləli pulemyotun yerüstü platformaya quraşdırılaraq sınaqdan keçirildiyi görünür. Lakin ilk atəşdən dərhal sonra güclü geri təpmə və fırlanma momenti nəticəsində silah nəzarətdən çıxır və öz oxu ətrafında sürətlə dönməyə başlayır.

Hadisə zamanı ərazidə olan hərbçilər təhlükəsizlik məqsədilə geri çəkilməyə məcbur olur və təlim uğursuz nəticələnir.

Hərbi analitiklərin fikrincə, YakB-12.7 əsasən Mi-24 döyüş helikopterləri üçün hazırlandığından, onun yerüstü platformada istifadəsi xüsusi dayaq və sabitləmə sistemi tələb edir. Mütəxəssislər ehtimal edirlər ki, görüntülərdə baş verən insident silahın düzgün quraşdırılmaması və geri təpmə qüvvəsinin lazımi şəkildə hesablanmaması ilə bağlı ola bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir