Rusiya Kiyevə raket və PUA-larla zərbə endirdi: Ölənlərin sayı 17-yə çatdı-FOTO

Rusiya Kiyevə raket və PUA-larla zərbə endirdi: Ölənlərin sayı 17-yə çatdı-FOTO

Xeberyerinde Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri avqustun 5-nə keçən gecə Kiyev və ətraf ərazilərə kütləvi raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

Ukrayna tərəfinin son məlumatına görə, hücum nəticəsində 17 nəfər həlak olub, 44 nəfər yaralanıb.

Məlumata əsasən, zərbələr zamanı 24 ballistik raket, 4 “Tsirkon/Oniks” tipli raket və 115 pilotsuz uçuş aparatı istifadə edilib. Hücumlar əsasən Kiyev vilayətinin Buça, Brovar və Fastov rayonlarını əhatə edib.

Rusiya Müdafiə Nazirliyi isə zərbələrin Ukraynanın hərbi logistika infrastrukturu ilə əlaqəli obyektlərə yönəldiyini bildirib. Rusiya tərəfinin açıqlamasına görə, hədəflər arasında hərbi təyinatlı logistika mərkəzləri və istifadə olunduğu iddia edilən anbarlar olub.

Ukrayna rəsmiləri isə hücum nəticəsində logistika mərkəzləri, anbarlar, dəmir yolu infrastrukturu və bir sıra mülki obyektlərə ziyan dəydiyini açıqlayıb. Hadisə yerlərində axtarış-xilasetmə işləri davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir