Xəbər Yerində xəbər verir ki, Rusiyanın Arxangelsk vilayətində baş verən ağır yol qəzası çoxsaylı insan tələfatı ilə nəticələnib.
Hadisə Xolmoqor rayonunda M-8 magistral yolunun 1180-ci kilometrliyində qeydə alınıb. Sərnişin mikroavtobusu, minik avtomobili və “KamAZ”ın toqquşması nəticəsində 13 nəfər həyatını itirib.
Məlumata görə, ölənlər arasında üç uşaq da var.
Qəza nəticəsində daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə 9 təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə: Bakıvaxtı

