Şəkidəki faciə ilə bağlı FHN-dən açıqlama: Zipline qurğusu təhlükəsizlik sistemsiz olub

Şəkidəki faciə ilə bağlı FHN-dən açıqlama: Zipline qurğusu təhlükəsizlik sistemsiz olub

Fövqəladə Hallar Nazirliyi Şəkidə iki nəfərin ölümü ilə nəticələnən zipline qəzası ilə bağlı açıqlama yayıb.

FHN-in məlumatına görə, hadisənin baş verdiyi ərazidəki qurğu iki dirək arasında çəkilmiş tros üzərində hərəkət edən, təhlükəsizlik cihazı və sığortalayıcı trosu olmayan sistem olub.

Nazirlik bildirib ki, belə qurğular təhlükə potensiallı obyektlər siyahısına daxil edilmədiyindən FHN-in dövlət nəzarəti sahəsinə aid deyil.

Qeyd edək ki, sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir