Səudiyyə Ərəbistanı ilə bağlı şok iddia: Hava hücumundan müdafiə ehtiyatları tükənir

Səudiyyə Ərəbistanı ilə bağlı şok iddia: Hava hücumundan müdafiə ehtiyatları tükənir

Xəbər Yerində xəbər verir ki, Yəməndə husilərlə davam edən qarşıdurma fonunda Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin raket ehtiyatlarının kritik həddə qədər azaldığı iddia olunur.

“Associated Press” (AP) Yaxın Şərqdəki rəsmilərə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün bir sıra ölkələrə müraciət edib.

Məlumata görə, Ər-Riyad Fransa, Böyük Britaniya, Pakistan və Misirdən husilərin, eləcə də İranın dəstəklədiyi digər qrupların raket və pilotsuz uçuş aparatlarına qarşı müdafiə məqsədilə bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirmələrini istəyib.

AP-nin məlumatında Səudiyyə Ərəbistanının müdafiə ehtiyatlarının azalmasının bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırdığı qeyd olunur.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir