Sabah Bakıda yağış yağacaq? – Hava proqnozu

Sabah Bakıda yağış yağacaq? – Hava proqnozu

Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətindən Xeber yerinde-yə verilən məlumata görə, paytaxt və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25°, gündüz isə 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

Bölgələrdə leysan və dolu ehtimalı

Azərbaycanın rayonlarında şimal və qərb bölgələrindən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır.

Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntıların daha güclü olacağı bildirilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Bölgələrdə mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 22-26°, gündüz 32-36° isti olacaq. Dağlıq ərazilərdə gecə 14-19°, gündüz isə 21-26° isti təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir