“Azərişıq” ASC iyulun 27-də Bakının bir sıra ərazilərində planlı təmir-təftiş işlərinin aparılacağını açıqlayıb.
Qurumun məlumatına görə, elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə görüləcək işlərlə əlaqədar bəzi ünvanlarda müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Xətai rayonunda isə 09:00-dan 11:00-dək Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bundan əlavə, Hövsan qəsəbəsində yerləşən Oqtay Şabanov küçəsində 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.
“Azərişıq” bildirib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə: Unikal

