Rayan Qarsiya ikinci raundda dünya çempionu oldu-VIDEO

Rayan Qarsiya ikinci raundda dünya çempionu oldu-VIDEO

Xəbər Yerində xəbər verir ki, amerikalı boksçu Rayan Qarsiya Las-Veqasda keçirilən döyüşdə britaniyalı Konor Bennə qalib gələrək yarımorta çəkidə WBC dünya çempionu titulunu qoruyub.

Görüş uzun çəkməyib. 28 yaşlı Qarsiya ikinci raundda 29 yaşlı rəqibini nokauta salaraq qələbə qazanıb.

Bu nəticədən sonra Qarsiyanın peşəkar karyerasında 27 qələbə və 2 məğlubiyyət var. O, dünya çempionu titulunu ilk dəfə müdafiə edib.

Konor Benn isə peşəkar rinqdə 23 qələbədən sonra ikinci məğlubiyyətini alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir