Avqustun 27-də Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gündüz 28–31° isti olacaq.
Rayonlarda yağış və dolu ehtimalı
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə leysan yağış, şimşək və dolu ehtimalı var.
Rayonlarda gündüz temperaturu 31–36°, dağlıq ərazilərdə isə 20–25° isti olacaq.
Milli Hidrometeorologiya Xidməti avqustun 26-dan 29-dək bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin müşahidə olunacağını bildirir.

