Sabiq deputat Elşad Mirbəşir: “2 ildir iş tapa bilmirəm”

Sabiq deputat Elşad Mirbəşir: “2 ildir iş tapa bilmirəm”

VI çağırış Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elşad Mirbəşir uzun müddətdir işsiz qaldığını açıqlayıb.

Xeberyerinde gununsesi.info-ya istinadən xəbər verir ki, siyasi elmlər doktoru olan sabiq deputat Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətinə də son verildiyini bildirib.

Məsələ ilə bağlı danışan Elşad Mirbəşir deyib ki, iki ildir bu vəziyyət davam etsə də, indiyədək bunu ictimaiyyətlə bölüşməyib.

“Açığı, təəssüflənirəm ki, belə məsələ ilə ictimaiyyətin diqqətinə gəlirəm. Vəziyyət iki ildir belədir, ancaq bunu heç kimə deməmişəm. İndi qəribədir ki, necəsə bilinib”, – deyə o bildirib.

Sabiq deputat əlavə edib ki, elm adamının auditoriyada dərs deyə bilməməsi onun üçün təəccüblüdür.

“İşlə bağlı özüm xüsusi olaraq heç yerə müraciət etməmişəm. Mən həmişə dövlətin yanında olmuşam, əqidəsi sabit adamam və bu, həmişə də belə olacaq. İşləyib-işləməməyin buna aidiyyəti yoxdur”, – deyə Elşad Mirbəşir vurğulayıb.

Qeyd edək ki, Elşad Mirbəşir 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 101 saylı Göygöl–Daşkəsən seçki dairəsindən Milli Məclisin deputatı seçilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir