“Xəbər Yerində” Unikal.az- istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Məmmədli kəndində baş verib.
Məlumata görə, Rövşən Soltanov şəxsi münasibətlər zəminində həyat yoldaşı Mədinə Soltanovaya bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən Rövşən Soltanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

