Bakının Sabunçu rayonunda içməli su kollektorunda yaranan nasazlıq ərazidə ciddi subasmaya səbəb olub.
Xəbər Yerində BakuTv-ə istinadən xəbər verir ki, çöllük ərazidə su axıntısı ilə bağlı yayılan görüntülərdən sonra məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət edilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanı ərazisində müşahidə olunan su axını kollektorun vantus qurğusunda yaranmış nasazlıqdan qaynaqlanıb.
Mövcud problemin aradan qaldırılması üçün Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, qəza nəticəsində ətraf ərazilərdə su basması baş verib, bəzi hissələrdə hərəkət çətinləşib.

