Salyanda ildırım evə düşdü, otaq əşyalarla birlikdə yandı – FOTO

Salyanda ildırım evə düşdü, otaq əşyalarla birlikdə yandı – FOTO

Salyan rayonunda ildırım düşməsi nəticəsində fərdi yaşayış evində yanğın baş verib.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində Maarif Məmmədova məxsus evdə qeydə alınıb.

Ev sahibinin sözlərinə görə, səhər saat 05:00 radələrində evə ildırım düşüb və bundan sonra yanğın başlayıb. Alov qısa müddətdə güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Salyan rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb və onun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin yanğın nəticəsində evin bir otağı içərisindəki əşyalarla birlikdə yanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir