Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, “VAZ 2121” (“Niva”) markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb və ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov və sərnişin, 1956-cı il təvəllüdlü Şövkət Aslanova hadisə yerində həyatlarını itiriblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxslərin meyitlərini dərədən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

