Sentyabrın 10-da hava necə olacaq? – Yağış və şimşək ehtimalı

Sentyabrın 10-da hava necə olacaq? – Yağış və şimşək ehtimalı

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, gün ərzində arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ilk yarısında bəzi ərazilərdə fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı hissələrində qısamüddətli şimşək çaxması da mümkündür. Şimal-qərb küləyi əsəcək.

Paytaxt və Abşeronda gecə temperaturu 15-19, gündüz isə 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz arasında dəyişəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Bununla belə, gün ərzində bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağması və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərin bəzi hissələrində duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 13-17, gündüz 25-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə temperaturun gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir