Sentyabrın 2-də hava necə olacaq? – Proqnoz açıqlandı

Sentyabrın 2-də hava necə olacaq? – Proqnoz açıqlandı

Xəbər Yerində xəbər verir ki, sentyabrın 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Paytaxtda gecə temperaturu 18-20°, gündüz isə 25-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal edilir. Həmin ərazilərdə şimşək çaxması və dolu düşməsi də mümkündür.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Rayonlarda şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21°, gündüz 26-31° isti olacaq. Dağlıq ərazilərdə gecə 9-14°, gündüz isə 17-22° isti proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir