Sentyabrın 5-də hava necə olacaq? – Proqnoz açıqlandı

Sentyabrın 5-də hava necə olacaq? – Proqnoz açıqlandı

Sentyabrın 5-də Bakıda və ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Küləyin cənub-şərq istiqamətindən əsəcəyi, axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 18-21°, gündüz 28-32° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında bəzi dağlıq ərazilərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə oluna bilər.

Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti, dağlıq ərazilərdə gecə 11-16°, gündüz isə 20-25° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir