Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı xəbərdarlıq

AQTA-dan xəbərdarlıq: Arıqlama vədi ilə satılan məhsullarda təhlükəli maddə aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə sürətli çəki itirmə vədi ilə reklam olunan, mənşəyi məlum olmayan məhsullarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xeberyerinde Qafqazinfoya istinadən xəbər verir ki, Agentliyin apardığı monitorinqlər zamanı sosial platformalarda satışa çıxarılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida əlavələrinin tərkibində insan sağlamlığı üçün təhlükəli hesab edilən sibutramin maddəsi aşkarlanıb.

AQTA-nın məlumatına görə, bu maddə ciddi sağlamlıq riskləri yaratdığı üçün Azərbaycanda qida məhsullarında və dərman vasitələrində istifadəsi qadağan edilib.

Bildirilib ki, sosial şəbəkələrdə anonim hesablar vasitəsilə təqdim olunan bu cür məhsulların böyük hissəsi dövlət qeydiyyatından keçmir və onların tərkibi barədə istehlakçılara tam və düzgün məlumat verilmir.

Agentlik vətəndaşlara yalnız qeydiyyatdan keçmiş məhsullardan istifadə etməyi, məhsulun istehsalçısı və mənşəyi ilə bağlı məlumatları yoxlamağı tövsiyə edib. Həmçinin arıqlamaq məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl həkim və ya mütəxəssislə məsləhətləşməyin vacibliyi vurğulanıb.

AQTA qeyd edib ki, sağlam və uzunmüddətli çəki azalması düzgün qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir