Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən axşam qeydə alınıb. İlkin məlumata görə, “Chevrolet Cobalt” markalı avtomobil idarəetmədən çıxaraq şəhid abidəsinə çırpılıb.
Toqquşma nəticəsində həm avtomobilə, həm də abidənin tikilisinin konstruksiyasına ziyan dəyib.
Qəza zamanı xəsarət alan olmayıb.
Mənbə: Qafqazinfo

