Sumqayıtda restorandan oğurluq edən və motosikletlər qaçıran şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhər ərazisindəki restoranlardan birindən içərisində pul, bank kartları və şəxsi əşyalar olan çanta oğurlanıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.
Digər əməliyyat zamanı isə 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinən S.Əliyev və N.Əlizadə tutulublar.
Faktlarla bağlı araşdırma davam etdirilir.

