Bakının Suraxanı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan 1981-ci il təvəllüdlü Eşqin Qasımov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

