Suriyadan gətirilən 16 Azərbaycan vətəndaşı ilə görüş keçirildi

Suriyadan gətirilən 16 Azərbaycan vətəndaşı ilə görüş keçirildi

Suriyadan Azərbaycana repatriasiya olunan vətəndaşlarla Ombudsmanın nümayəndələri görüş keçirib.

Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7 qadın və 9 uşaq olmaqla, ümumilikdə 16 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin müəssisəsində yerləşdirilən repatriantlarla keçirilən görüşdə onların hüquqlarının təmin olunması vəziyyəti və mövcud ehtiyacları öyrənilib.

Həmçinin qadın və uşaqların hüquq və azadlıqlarının müdafiəsi, Ombudsmanın fəaliyyəti və səlahiyyətləri barədə onlara ətraflı məlumat verilib.

Bundan əlavə, müəssisə rəhbərliyi tərəfindən repatriantların reabilitasiyası istiqamətində göstərilən xidmətlər təqdim olunub, görüşün yekununda isə müvafiq müzakirələr aparılaraq müəssisə əməkdaşlarına tövsiyələr verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir