Türkiyə Avropada davam edən meşə yanğınları ilə mübarizəyə dəstəyini genişləndirib. İspaniyadan sonra Fransa da Ankaradan yardım istəyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Fransa üçün iki yanğınsöndürmə təyyarəsi ayrılıb. Qeyd edək ki, bundan əvvəl də eyni sayda təyyarə İspaniyaya göndərilmişdi.
Avropada baş verən meşə yanğınları bu cür fəlakətlərlə mübarizənin nə qədər çətin olduğunu bir daha göstərir. O qeyd edib ki, Türkiyə malik olduğu imkan və təcrübə sayəsində təkcə öz meşələrini deyil, zərurət yarandıqda digər ölkələrin meşələrinin qorunmasına da dəstək verir.
Fransa tərəfindən edilən yardım müraciətinə qısa müddətdə müsbət cavab verilib. O, missiyaya yola düşən ekipajlara uğurlar arzulayıb və yanğınlarla mübarizə aparan bütün heyətlərə təşəkkür edib.

