Xəbər Yerində xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücüləri piyada keçidlərində diqqətli olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.
Mərkəzdən bildirilib ki, sürücülər piyada keçidinə yaxınlaşarkən əvvəlcə yol nişanlarına diqqət yetirməli, sürəti vaxtında azaltmalı və təhlükəsiz ara məsafəsini saxlamalıdırlar.
Həmçinin sərt əyləcləmədən çəkinmək tövsiyə olunub.
Qeyd edilib ki, piyada keçidlərinin yaxınlığında qaydaların pozulması qəza riskini əhəmiyyətli dərəcədə artırır.
“Qəzaların baş verməməsi həm də sizdən asılıdır”, – deyə NİİM-dən vurğulanıb.
Mənbə: Oxu.az

