Tərtərdə 52 yaşlı kişi ayaqlarından güllələndi

Tərtərdə 52 yaşlı kişi ayaqlarından güllələndi

Tərtərdə 52 yaşlı kişinin tüfənglə güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Hadisə rayonun Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Tərtərdə güllə yarası alan 52 yaşlı Məzahir Yusifovun vəziyyəti açıqlanıb

1974-cü il təvəllüdlü kişi sentyabrın 7-də saat 00:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, pasiyentə baldır nahiyəsində çoxsaylı açıq yaralar və diz oynağının açıq yarası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib.

Hazırda M.Yusifovun müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir