Xəbər Yerində xəbər verir ki, taksi sifarişi operatorları vasitəsilə sərnişindaşıma fəaliyyəti göstərən vergi ödəyicilərinin əldə etdikləri gəlirlərdən 1 faiz sadələşdirilmiş vergi tutulması təklif edilir.
Təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, verginin taksi sifarişi operatorları tərəfindən ödənilən gəlirlər əsasında hesablanması nəzərdə tutulur.

