Tanınmış aktyor “Kim milyonçu olmaq istəyir?”də 1 milyon dollar qazandı-FOTO+VIDEO

Tanınmış aktyor “Kim milyonçu olmaq istəyir?”də 1 milyon dollar qazandı-FOTO+VIDEO

Amerikalı aktyor Ben Afflek “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda əsas mükafat olan 1 milyon dolları qazanıb.

Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor yarışda “Jeopardy”nin tanınmış iştirakçılarından Cemi Dinq ilə birlikdə çıxış edib. Onlar 15 sualın hamısını düzgün cavablandıraraq baş mükafata sahib olublar.

Ben Afflek və Cemi Dinq qazandıqları məbləği aktyorun 2010-cu ildə Konqo Demokratik Respublikasında fəaliyyət göstərmək üçün yaratdığı “Eastern Congo Initiative” xeyriyyə fonduna ianə edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Afflekin bu uğuru dostu Mett Deymonun ötən il eyni verilişdə 1 milyon dollar qazanmasından bir il sonraya təsadüf edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir