Xəbər Yerində xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikasının Saba rayonunda yüngül mühərrikli “Cessna-172” təyyarəsi qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarədə olan pilot və sərnişin həyatını itirib. Təyyarənin fərdi yaşayış evlərindən birinin həyətinə düşdüyü bildirilir.
Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsinin məlumatına görə, qəzanın səbəbləri araşdırılır.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: News24.az

