Üç avtomobil toqquşdu, ikisi aşdı – Bərdədə 4 nəfər yaralandı

Üç avtomobil toqquşdu, ikisi aşdı – Bərdədə 4 nəfər yaralandı

Bərdədə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç avtomobilin toqquşması nəticəsində iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xeber Yerinde “Report”a istinadən xəbər verir ki, qəza Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “Toyota Camry”, VAZ-2107 və VAZ-21099 markalı avtomobillər bir-biri ilə toqquşub. Zərbənin təsiri ilə “Toyota Camry” və VAZ-2107 idarəetməni itirərək yol kənarına düşüb və aşıb.

Qəza nəticəsində ümumilikdə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir