Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edildiyi iddia olunur.
Xarici KİV-in yaydığı məlumata görə, hücum nəticəsində gəmidə güclü partlayış baş verib. Hadisə zamanı ekipaj üzvlərindən biri həlak olub, daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İran Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyərək bunu regionda gərginliyi artıracaq təcavüz aktı kimi qiymətləndirib.
Qurumun açıqlamasında bildirilir ki, bu cür hücumlar müharibə alovunu daha da gücləndirə və vəziyyətin təhlükəli həddə çatmasına səbəb ola bilər.
Hadisə ilə bağlı rəsmi Kiyev hələlik açıqlama verməyib. İddia olunan hücumun detalları və başvermə şəraiti araşdırılır.

