Xərçəngdən qorunmağa kömək edən qırmızı meyvələr: mütəxəssisdən vacib tövsiyə

Xərçəngdən qorunmağa kömək edən qırmızı meyvələr: mütəxəssisdən vacib tövsiyə

Xəbər Yerində Türkiyə mediasına istinadən xəbər verir ki, dietoloq Hande Selin Ok qırmızı meyvələrin müntəzəm və balanslı qəbulunun xərçəng riskinin azalmasına töhfə verə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, qarpız, nar, çiyələk, gilas, qırmızı gavalı və yaban mersini antioksidantlar, vitaminlər və bioaktiv maddələrlə zəngindir. Bu meyvələrin tərkibində xüsusilə antosianinlər və likopen kimi antioksidantlar yer alır.

İmmuniteti gücləndirir, hüceyrələri qoruyur

Qırmızı meyvələrdəki C vitamininin immun sistemini dəstəklədiyi, antioksidantların isə sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinə qarşı qoruyucu təsir göstərə bildiyi qeyd olunur.

Məlumata görə, bəzi araşdırmalar müntəzəm qırmızı meyvə istehlakının ürək-damar sağlamlığına müsbət təsir göstərə, LDL xolesterinin azalmasına və qan təzyiqinin tənzimlənməsinə kömək edə biləcəyini göstərir. Albalı və moruqda olan iltihabəleyhinə komponentlərin isə oynaq problemləri və podaqra baxımından faydalı ola biləcəyi bildirilir.

Diabeti olanlar diqqətli olmalıdır

Bununla yanaşı, diabeti olan şəxslərə meyvə seçimi və porsiya ölçüsünə diqqət etmək tövsiyə olunur. Xüsusilə yüksək qlisemik indeksə malik meyvələrin balanslı şəkildə istehlak edilməsinin vacibliyi vurğulanıb.

Mütəxəssis həmçinin qırmızı meyvələrin faydalı xüsusiyyətlərinə baxmayaraq, onların tərkibində təbii şəkərin olduğunu və buna görə porsiya nəzarətinin vacib olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir