Azərbaycanda 40 dərəcəyədək isti hava gözlənilir

Azərbaycanda 40 dərəcəyədək isti hava gözlənilir

Avqustun 23-də Azərbaycanın bəzi bölgələrində havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.

Xəbər Yerində  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Paytaxt və Abşeronda mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz isə 31-36 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturunun gecə 22-27, gündüz 35-38, bəzi yerlərdə isə 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Dağlıq ərazilərdə gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir