72 yaşlı aktrisanın çanaq və qabırğaları sınıb, vəziyyəti ağırdır
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol-nəqliyyat hadisəsi keçirib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 72 yaşlı aktrisa qəza nəticəsində Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, aktrisanın vəziyyəti ağırdır və onun əməliyyata ehtiyacı var. Qurum aidiyyəti şəxslərə və təşkilatlara sənətçiyə dəstək göstərilməsi ilə bağlı çağırış edib.
Aktrisanın vəziyyəti ağır qiymətləndirilir
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, 1954-cü il təvəllüdlü qadın dünən saat 18:44 radələrində tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Müayinələr nəticəsində pasiyentə çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.
Hazırda Şükufə Yusupovanın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.

