TikTok üçün video çəkirdi, dəhşətli hadisə baş verdi

TikTok üçün video çəkirdi, dəhşətli hadisə baş verdi

Ağstafada xəsarət alan yeniyetmənin vəziyyəti ağırdır

Ağstafada TikTok üçün video çəkmək istəyən 15 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ö.Nəsibovu video çəkdiyi vaxt elektrik cərəyanı vurub.

Hadisə nəticəsində müxtəlif yanıq xəsarətləri alan yeniyetmə əvvəlcə xəstəxanaya yerləşdirilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Ağstafadan Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilib.

Hazırda 15 yaşlı Ö.Nəsibovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir