Abşeron rayonunda faciə ilə nəticələnən bədbəxt hadisə baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə avqustun 25-də saat 18 radələrində Xırdalan şəhərində qeydə alınıb.
2025-ci il təvəllüdlü Sadiq Atakişiyev yaşadığı binanın 7-ci mərtəbəsindəki mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.
Körpə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

