Xudayar Yusifzadənin anası ittihamlara cavab verdi: “Məhkəməyə müraciət edəcəyəm”

Xudayar Yusifzadənin anası ittihamlara cavab verdi: “Məhkəməyə müraciət edəcəyəm”

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova onunla bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan iddialara münasibət bildirib.

Bərdə sakinlərinin narazılığı və şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı yayılan iddiaları təkzib edən R.Qurbanova həmin şəxslərlə bağlı hüquqi addım atacağını açıqlayıb.

“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”, – deyə o bildirib.

Şəhid anası Şuşada tarixi qayalara müxtəlif yazıların, o cümlədən oğlu Xudayar Yusifzadənin adının yazılmasına da münasibət bildirib. R.Qurbanova həmin yazının onun tərəfindən yazılmadığını və silinməsinə etiraz etmədiyini deyib.

“Biz özümüz də istəyirdik ki, o yazı silinsin. Mən o yazının silinməsinə heç bir etiraz etmirəm. Allah Ali Baş Komandanımızın canına sağlıq versin. Xankəndidə gözəl Zəfər Parkı yaradılıb. Orada Xudayarın təsviri var. Bundan gözəl, bundan böyük, bundan şərəfli nə ola bilər?”, – deyə R.Qurbanova əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir