Yaponiyada zəlzələ qurbanlarının sayı artdı

Yaponiyada zəlzələ qurbanlarının sayı artdı

Yaponiyanın cənub-qərbində baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 34-ə çatıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, 7,1 bal gücündə zəlzələ çərşənbə axşamı Kumamoto prefekturasının Uki şəhəri yaxınlığında qeydə alınıb.

Təbii fəlakət nəticəsində minlərlə ev işıqsız qalıb, dəmir yolu əlaqəsi dayandırılıb, Kyuşu adasının bəzi ərazilərində sunami xəbərdarlığı elan olunub. Daha 6 nəfərin ağır yaralandığı bildirilir.

Məlumata görə, ölənlərin əksəriyyəti kağız fabriki və ticarət mərkəzində baş verən dağıntılar nəticəsində həyatını itirib.

Yaponiyanın Baş naziri Sanae Takaçi bölgə sakinlərini mümkün təkrar təkanlara qarşı ehtiyatlı olmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir