Yasamal yanğınında həyatını dəyişən ailə: Könülün qızı kömək istəyir – VİDEO

Yasamal yanğınında həyatını dəyişən ailə: Könülün qızı kömək istəyir – VİDEO

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda baş verən yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova səhhəti ilə bağlı müraciət edib.

Ləman Qulamova bununla bağlı “Instagram” hesabında video yayımlayıb.

O, müraciətində hazırda keçirdiyi əməliyyatlar səbəbilə səsinin çox zəif çıxdığını bildirib və vəziyyəti ilə bağlı ətraflı məlumat verib:

“Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli birinci xanım Mehriban Əliyeva, mən Ləman Qulamova, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıyam. Hazırda əməliyyatlara görə səsim çox zəif çıxır, ona görə üzrlü sayın.

Mən 21.11.2025-ci ildə Yasamalda baş verən yanğın zamanı çox ağır zədələr aldım, 10 gün komada yatdım. Oyanandan sonra nəfəs borumda 2 sm fistul olduğunu öyrəndim. Buna görə mənə dayağı poladdan olan stent qoydular. Həmin stent üç gün ərzində boğazımı dağıtdı və yemək borumda da 8 sm fistul yarandı.

Hazırda hər iki borumda da fistul var. Daha sonra yenidən stent qoyuldu. Bu stent iki ay ərzində boğazımda qaldı və infeksiya yaradaraq boğazımı çürütdü. Daha sonra əməliyyat etmək qərarına gəldilər və açıq əməliyyat edildi.

Hazırda mən ağızdan qidalana bilmirəm. Jejunostomim çıxarıldığı üçün damardan qidalanıram. Yenidən toxuma köçürülməsi edilməlidir. Lakin artıq buna maddi gücümüz qalmayıb.

İndiyə kimi yardımsevərlərin, yaxınlarımızın və dostlarımızın köməyi ilə bu günlərə gəlmişik. Lakin artıq heç kimin gücü qalmayıb. Bizim də gücümüz qalmayıb və mən artıq 10 aydır ki, ağızdan qidalanmıram.

Ona görə də sizdən kömək istəyirəm. Xahiş edirəm, mənim əməliyyatlarıma kömək edəsiniz”.

Qeyd edək ki, Ləman Qulamovanın anası Könül Vəlibəyli ötən il Yasamal rayonunda baş verən yanğın zamanı həlak olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir