Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub

Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub

Xəbər Yerində xəbər verir ki, avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlqoyma mərasimində iştirak ediblər.

Yeni parkda Azərbaycanın zəngin mədəni irsini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən ictimai məkan yaradılacaq.

“Azərbaycan” parkının salınması iki ölkə və xalq arasında mövcud olan tarixi dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parklarının yaradılması Azərbaycan və Özbəkistan xalqları arasında qarşılıqlı hörmətin, mədəni yaxınlığın və möhkəm əlaqələrin rəmzi kimi qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir