Xəbər Yerində xəbər verir ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 16 mərtəbəli binanın 9-cu mərtəbəsində bağlı qapı arxasında qalan uşaq xilasedicilər tərəfindən xilas edilib.
2014-cü il təvəllüdlü E. Qurbanlının yaxınları mənzilin qapısını dəfələrlə döysələr də, içəridən heç bir cavab almayıblar. Bundan narahat olan ailə üzvləri Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət ediblər.
Hadisə yerinə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olublar.
Mənzildə uşağın yatdığı müəyyən edilib. Xilasedicilər onu təhlükəsiz şəkildə yaxınlarına təhvil veriblər.
Mənbə: Qafqazinfo

