Zaqatala rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Hadisə Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində iki qadın və bir kişi xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən verilən məlumata görə, yaralılara zəruri tibbi yardım göstərilib. İki qadının müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir.
Kişinin vəziyyəti isə qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
mənbə:Apa


