Xəbər Yerində xəbər verir ki, İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatı başa çatıb.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarından 100 idmançı iştirak edib.
128 kilometrlik marşrut üzrə keçirilən yarışın təhlükəsizliyinin təmin olunmasına Fövqəladə Hallar Nazirliyinin 12 nəfərlik şəxsi heyəti və 6 xüsusi texnikası cəlb edilib. FHN-in motoxilasediciləri yarış boyunca idmançıların təhlükəsizliyinin təmin olunmasında iştirak ediblər.
Yarışlar zamanı hər hansı qəza hadisəsinin baş vermədiyi bildirilib.

