Xəbər Yerində xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə avqustun 24-də saat 17 radələrində qeydə alınıb. 2018-ci il təvəllüdlü Yusif Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib.
Nəticədə azyaşlı boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

