Xəbər Yerində xəbər verir ki, keçmiş əsir Namiq Qarayev illər əvvəl ağır işgəncələrə məruz qaldığı Şuşa həbsxanasına gedib.
N.Qarayev təxminən 30 ildən sonra əsir saxlanıldığı kameraya qayıdaraq həmin məkanı yenidən görüb.
O, 1993-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı əsir götürülüb.
Keçmiş əsirin sözlərinə görə, o və digər azərbaycanlı əsirlər müxtəlif ağır işlərə, o cümlədən ferma tikintisinə məcbur ediliblər. Əsirlik dövründə onların fiziki işgəncələrə və insan ləyaqətini alçaldan rəftara məruz qaldıqları bildirilir.
Namiq Qarayev daha sonra Xankəndi Şəhər Xəstəxanasına aparılıb və burada təxminən bir ay müalicə olunub.
O, 1995-ci il avqustun 23-də Azərbaycan tərəfinə təhvil verilib.
Mənbə:Unikal.az

