Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayış binasında yanğın baş verib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisənin səbəbi və mümkün xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

