Türkiyəli sürücünün TIR-ı Qazaxda qəzaya düşdü: 1 ton yanacaq yola töküldü

Türkiyəli sürücünün TIR-ı Qazaxda qəzaya düşdü: 1 ton yanacaq yola töküldü

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunda Türkiyə vətəndaşının idarə etdiyi “Iveco” markalı yük avtomobili qəzaya uğrayıb.

1969-cu il təvəllüdlü S.Hakyeməz Qazax istiqamətində hərəkətdə olarkən idarə etdiyi TIR nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Nəticədə yük avtomobili magistral yolun dəmir arakəsməsinə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində TIR-a və yol təsərrüfatına ciddi ziyan dəyib. Yük yerində olan dəmir konstruksiyalar yola dağılıb. Bundan başqa, yük avtomobilindən təxminən 1 tona yaxın yanacaq yola tökülüb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir